REGİONLAR


Yevlaxda təkrar əkinlərin sahəsi genişləndirilir

A+ A

Yevlax, 6 oktyabr, AZƏRTAC

Yevlax rayonunun torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 10 min 86 hektarda dənli və dənli-paxlalı bitkilər, 156 hektarda dən üçün qarğıdalı, 431 hektarda günəbaxan, 245 hektarda kartof, 554 hektarda tərəvəz, 354 hektarda bostan bitkiləri becəriblər.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, sahələrdən 31 min 39 ton dənli və dənli paxlalı bitkilər, 798 ton qarğıdalı, 1142 ton günəbaxan, 2425 ton kartof, 6570 ton tərəvəz, 3984 ton bostan məhsulları əldə edilib. Hər hektarın məhsuldarlığı dənli və dənli paxlalı bitkilər üzrə 30,8 sentner, qarğıdalı üzrə 51,2 sentner, günəbaxan üzrə 26,5 sentner, kartof üzrə 99 sentner, tərəvəz üzrə 118,6 sentner, bostan məhsulları üzrə 112,5 sentnerdir. Bundan başqa rayonunun təsərrüfatlarından bu günədək 9234 ton meyvə, 1757 ton üzüm yığılıb.

Dövriyyədə olan torpaqlardan səmərəli istifadə məqsədilə rayonda təkrar əkinlərin sahəsi genişləndirilir. Belə ki, payızlıq səpin üçün 19 min 410 hektarda şum qaldırılıb. 241 hektarda cari ilin məhsulu üçün təkrar əkin aparılıb, 1500 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilib. Dən və yaşıl yem üçün payızlıq bitkilərin təkrar əkinləri keçən illə müqayisədə 76,5 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.