REGİONLAR


Yevlaxlı fermerlər emal müəssisələrinə bu günədək 1716 ton pambıq təhvil veriblər

A+ A

Yevlax, 11 oktyabr, AZƏRTAC

Yevlaxlı fermerlər havaların əlverişli keçməsindən istifadə edərək pambıq yığımını sürətlə aparırlar.

Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin məhsulu üçün 1415 hektar sahədə pambıq becərilib. Bu, ötən ildəkindən 457 hektar çoxdur. Rayonun fermerləri pambığı əsasən “MKT İstehsalat Kommersiya” MMC-nin Yevlax filialı ilə müqavilə əsasında becərirlər.

Pambıqçılıqla məşğul olan fermerlər tarlalardan hər gün orta hesabla 120 ton “ağ qızıl” toplayırlar. Artıq bu günədək 1716 ton məhsul yığılaraq emal müəssisələrinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.