İDMAN


Yığmaya dəvət almayan Arda Turan millidəki karyerasını bitirməyi qərara alıb VİDEO

A+ A

Bakı, 1 oktyabr, AZƏRTAC

Türkiyə yığmasının heyətinə dəvət olunmayan Arda Turan milli komanda karyerasını başa vurur.

AZƏRTAC xəbər verir ki, belə bir məlumat Türkiyə mətbuatında yer alıb. İspaniyanın “Barselona” klubunda çıxış edən futbolçu millinin heyəti açıqlandıqdan sonra bu qərarı qəbul edib. O, daha öncə Rusiya və Xorvatiya ilə oyunlara da dəvət almayıb.

Baş məşqçi Fatih Terim 2018-ci il dünya çempionatı seçmə mərhələsi çərçivəsində Ukrayna və İslandiyaya qarşı keçirəcək oyun öncəsi Arda ilə yanaşı Selçuk İnan, Burak Yılmaz, Caner Erkin və Gökhan Gönülü də yığmaya dəvət etməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.