İDMAN


Yoahim Löv Almaniya millisi ilə yeni rekord müəyyənləşdirib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Futbol üzrə Almaniya yığmasının baş məşqçisi Yoahim Löv millisi ilə yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, Löv “Bundesteam”lə qazandığı qalibiyyət sayına görə, rekordu təkrarlayıb. Almaniya 2018-ci il dünya çempionatının seçmə mərhələsinin üçüncü turunda Şimali İrlandiya yığmasına iki cavabsız qolla qalib gələrək turnirin startından ardıcıl üçüncü qalibiyyətini bayram edib.

Almaniyalı çalışdırıcı millinin sükanı arxasında 94-cü qələbəsini rəsmiləşdirib. Y.Löv bu göstərici ilə 1950-ci ildə yığmanın baş məşqçisi olmuş Zepp Qerberqerin rekorduna çatıb. Löv bu nailiyyəti 141, Qerberqer isə 168 matçda əldə edib.

İstənilən halda, Löv millinin tarixində qalibiyyət sayına görə mütləq rekordçu olmağa çox yaxındır. O, bunu noyabrın 11-də San-Marino yığmasına qarşı keçiriləcək səfər oyununda gerçəkləşdirə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.