İDMAN


Yoahim Löv daha 2 il Almaniya millisində

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Futbol üzrə Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv daha iki il Bundestimə rəhbərlik edəcək.

AZƏRTAC Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytına istinadla xəbər verir ki, futbol qurumu 56 yaşlı mütəxəssislə yeni müqavilə imzalayıb. DFB-nin prezidenti Raynhard Qrindelin bildirib ki, qurum Lövlə əməkdaşlığı davam etdirəcək: “Avropa çempionatı kimi ağır turnirdən sonra bir neçə günlük istirahətə çəkildik. Lövin gördüyü işə heç vaxt şübhəmiz olmayıb. Ona tam inanırıq. Löv bu komanda üçün ən uyğun məşqçidir. Əminəm ki, yığma növbəti iki ildə də onun rəhbərliyi altında uğurlu çıxış edəcək”.

Qeyd edək ki, Yoahim Löv 2006-cı ildən Almaniya millisində fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.