İDMAN
Yoahim Lövün 36 illik ailə həyatı sona çatıb
Bakı, 12 avqust, AZƏRTAC
Otuz altı illik ailə həyatından sonra futbol üzrə Almaniya millisinin baş məşqçisi Yoahim Löv həyat yoldaşı ilə boşanmağa qərar verib.
AZƏRTAC Almaniyanın “Bild” qəzetinə istinadla xəbər verir ki, Yoahim və Daniela Löv cütlüyü artıq sevgi münasibətlərinə son qoymaq barədə razılıq əldə ediblər. 1980-ci ildən bir yerdə olan, altı il sonra isə nikahla münasibətlərini rəsmiləşdirən Löv ailəsi son vaxtlar bir yerdə yaşamırdı. Daniela ailənin Vitnaudakı evində yaşasa da, Yoahim Berlində qalmağa üstünlük verir. Xanımı ailəni dağılmaqdan qorumaq üçün sonadək mübarizə aparsa da, onun təkbaşına səyləri nəticəsiz qalıb.
Qeyd edək ki, 56 yaşlı Yoahim Löv 2006-cı ildən baş məşqçisi olduğu Bundestimlə 2014-cü ilin dünya çempionu, 2010-cu ildə isə dünya üçüncüsü olub. “Avro-2008”də gümüş qazanan mütəxəssis “Avro-2012” və “Avro”-2016”da bürünclə kifayətlənib.