İDMAN


Yoahim Lövün yeni müqaviləsi rəsmiləşib

A+ A

Bakı, 31 oktyabr, AZƏRTAC 

Futbol üzrə Azərbaycan millisi ilə 2018-ci dünya çempionatının seçmə mərhələsində eyni qrupda mübarizə aparan Almaniya yığmasının baş məşqçisi Yoahim Lövlə müqavilə müddəti artırılıb.

AZƏRTAC xəbər verir ki, yeni müqaviləyə əsasən, Y.Löv 2020-ci ilədək Bundestimdə çalışacaq.

Əlli altı yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Hazırkı müqavilə 2018-ci il dünya çempionatından sonra başa çatacaq.

Xatırladaq ki, 2004-cü ildən yığmada köməkçi məşqçi vəzifəsini yerinə yetirən Y.Löv 2006-cı ilin dünya çempionatından sonra Almaniya yığmasının baş məşqçisi təyin olunub. O, Almaniya millisi ilə 2010-cu il dünya çempionatında bürünc, Avropa çempionatlarında bürünc (2012, 2016) və 2014-cü il dünya çempionatında isə qızıl medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.