CƏMİYYƏT


Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında cəmiyyətin hər bir üzvü iştirak etməlidir VİDEO

A+ A

Bakı, 15 avqust, AZƏRTAC

Azərbaycan dövləti yol hərəkəti təhlükəsizliyinin təminatı üçün bütün mümkün vasitələrdən istifadə edir.

AZƏRTAC xəbər verir ki, bu fikir avqustun 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında ictimai təşəbbüslərin gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə səslənib.

İctimai Birliyin sədri Elməddin Muradlı bildirib ki, tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətini yol-nəqliyyat hadisələrinə yönəltməkdir. Qeyd edib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır. Qəzaların əksəriyyəti piyada vurulmasıdır ki, bu da sürücülərlə piyadalar arasındakı qarşılıqlı nizamsızlığın nəticəsidir. Bu halların aradan qaldırılması üçün birgə fəaliyyət göstərmək, təbliğat tədbirlərini gücləndirmək lazımdır.

Milli Məclisin deputatı, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov çıxışında son illər baş verən yol qəzaları ilə bağlı statistikaya toxunaraq deyib: “Sürücü və ya piyada olmasına baxmayaraq, hər bir vətəndaşımız yol hərəkəti iştirakçısıdır. Məhz bu səbəbdən də dövlət həmişə yol hərəkəti təhlükəsizliyinin təminatı üçün bütün mümkün vasitələrdən istifadə edir. Qanunvericilik bazası demək olar ki, mükəmməl formada hazırlanıb. Yol infrastrukturu və yol polislərinin işi dünya standartlarına uyğun şəkildə qurulub”.

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkəti təhlükəsizliyi ictimai təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Ona görə də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında cəmiyyətin hər bir üzvü iştirak etməlidir. Bunun üçün hər bir insan yol hərəkəti iştirakçısı kimi öz vəzifələrinə riayət etməli, qaydaları pozmamalıdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün maarifləndirmə və profilaktik işlərin görülməsinə diqqət artırılmalıdır.

Digər çıxış edənlər də yol hərəkəti təhlükəsizliyi ilə bağlı görülən işlərdən danışıblar.

Tədbirin sonunda nümunəvi xidmətlərinə görə fərqlənən 21 yol polisi əməkdaşına diplom və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.