ORDU
Yol-nəqliyyat hadisəsi nəticəsində erməni hərbçiləri xəsarət alıblar
Bakı, 26 iyul, AZƏRTAC
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində erməni hərbçiləri xəsarət alıblar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bir neçə gün əvvəl, axşam saatlarında Tonaşen-Madaqiz marşrutu üzrə hərəkət edən Ermənistan ordusunun dağatıcı alayına məxsus “Ural” markalı yük avtomobili dağ yolunda aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində üç əsgər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Hərbçilər Ağdərə hospitalına yerləşdiriliblər.
Digər hadisə isə Ermənistan ərazisində, Cermuk avtomobil yolunda baş verib. Şəxsi avtomobili ilə Yexeknadzordan Vayk istiqamətində hərəkət edən müqavilə əsasında xidmət keçən hərbi qulluqçu Mkrtıç Qaramyan yol-nəqliyyat hadisəsi törədib. Ağır bədən xəsarəti alan M.Qaramyan tibb müəssisəsinə çatdırılıb.