REGİONLAR


Yol polisinin Astarada keçirdiyi reyd zamanı 20 sürücü cəzalandırılıb

A+ A

Astara, 10 noyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi şəhərin Heydər Əliyev prospektində növbəti reyd keçirib.

AZƏRTAC xəbər verir ki, reyd zamanı yol-hərəkəti qaydalarını pozan 50-dən artıq sürücü saxlanılıb. Onlardan 20-si inzibati qaydada cəzalandırılıb.

Reyd zamanı, həmçinin saxlanılan avtomobillərin texniki baxışdan keçməməsi, sürücülük vəsiqəsi olmadan avtonəqliyyat vasitəsinin idarə edilməsi, təhlükəsizlik kəmərindən istifadə olunmaması, işıqforun qırmızı işığını gözləmədən hərəkət etmə faktları qeydə alınıb.

Sürücülük vəsiqəsi olmadan avtomaşını idarə edən nəqliyyat vasitələri cərimə meydançasına aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.