İQTİSADİYYAT


Yol qəzası zamanı yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Ötən gün gecə saatlarında Nəriman Nərimanov rayonunda baş verən yol qəzası zamanı yol təsərrüfatına ziyan dəyib.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə yerinə baxış keçirilərkən məlum olub ki, qəza zamanı yolötürücüsünün 8 poqonmetr məhəccəri dağılıb və deformasiyaya uğrayıb, nəticədə yol təsərrüfatına təqribən 1200 manat ziyan dəyib. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, “Lada Priora” markalı avtomobilin Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yerləşən yolötürücüsündə 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olarkən körpünün məhəccərlərinə çırpılıb, nəticədə məhəccərlərin bir hissəsi dağılıb və deformasiyaya uğrayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.