İDMAN


Yola saldığımız ildə Azərbaycan idmançıları 837 medal qazanıblar

Bakı, 27 dekabr, AZƏRTAC

Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib.

Azad Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib.

Nazir deyib ki, müxtəlif idman növləri üzrə yığma komandaların hər biri 12 gündən az olmayaraq, 100-dən çox təlim-məşq toplanışında iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.