CƏMİYYƏT


“Yollarda ölümsüz bir gün!” mövzusunda maarifləndirici aksiya keçirilib

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakıdakı 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzində Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə “Yollarda ölümsüz bir gün!” devizi altında maarifləndirici aksiya keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə aidiyyəti qurumların nümayəndələri, 500-ə yaxın məktəbli iştirak edib.

Aksiyanın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması olub.

Tədbir çərçivəsində polis forması geyinən uşaqlar “Təhlükəsizilik kəmərindən istifadə et!”, “Dayanma-durma qaydalarına əməl et!”, “Piyada, keçiddən istifadə et!” çağırışı ilə hərəkət iştirakçılarını yollarda intizamlı olmağa çağırıblar. Uşaqlar yol hərəkəti qaydalarını pozan piyadaları da saxlayaraq, onlara Dövlət Yol Polisi əməkdaşları ilə birgə tövsiyələr veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.