İQTİSADİYYAT


Yolları qardan təmizləmək üçün "Azəravtoyol"un 400-dək texnikası cəlb olunub  VİDEO

A+ A

Bakı, 17 fevral, AZƏRTAC

Qarlı hava şəraiti "Azəravtoyol" ASC-nin balansında olan Bakının əsas magistral yollarında, o cümlədən paytaxtın giriş-çıxış yollarında heç bir problem yaratmayıb.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti, Bakı Dairəvi-1 yolu, Bakıətrafı digər yollarda avtomobillərin hərəkəti ilə bağlı problem müşahidə olunmur.

Həmçinin qeyd edilib ki, bəzi ərazilərə dövlət şirkətinin texnikası gedə bilmir. Belə ki, bəzi sürücülər hazırlıqlı olmadıqlarından olduqca aşağı sürətlə hərəkət edir, yolda qalırlar, nəticədə isə tıxac yaranır və ASC–nin texnikası həmin ərazilərə çata bilmir. Odur ki, bu ərazilərdə işlər qurumun canlı qüvvəsi tərəfindən aparılır.

Bundan başqa, "Azəravtoyol"un balansında olan digər yollarda əməkdaşlar təmizləmə işləri həyata keçirir. Aparılan işlərə 400-dək müxtəlif təyinatlı texnika, texnika girə bilməyən yerlərə isə ASC-nin əməkdaşları cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.