CƏMİYYƏT


Yoqa çoxlu sayda xəstəliklərdən müdafiədir

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

Yoqa ürək, qan-damar, xərçəng, diabet və digər yoluxucu olmayan xəstəliklərə tutulma riskini azaldır.

AZƏRTAC “Zee News” nəşrinə istinadla xəbər verir ki, Hindistanın səhiyyə naziri Caqat Prakaş Nadd buna əmindir. Nazirin sözlərinə görə, qeyri-yoluxucu xəstəliklərin əksəriyyətinin səbəbi yanlış həyat tərzidir. Yoqa isə onu yaxşı yönə dəyişməyə kömək edir.

C.Naddanın fikrincə, yoqa bədən, ruh və zəkanı bir-birinə bağlayır, sağlamlığa düzgün yanaşmağı öyrədir. Nazir vurğulayır ki, yoqa sadəcə məşğələ toplusu deyil, eyni zamanda, insanı dəyişən fəlsəfədir.

Yeri gəlmişkən, Kaliforniya Universitetinin (ABŞ) tədqiqatçıları bu yaxınlarda müəyyən ediblər ki, yoqa və meditasiya ilə məşğul olmaq beyin üçün də faydalıdır. Onlar hafizəni yaxşılaşdırır və insanı kəmağıllıqdan qoruyur. Araşdırma göstərib ki, yoqa və meditasiya ənənəvi yaddaş məşqlərindən daha səmərəlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.