DÜNYA


“YouTube Go” internetə qoşulmadan videoya baxmağa imkan verir

A+ A

Bakı, 29 sentyabr, AZƏRTAC

Simsiz şəbəkələrə qoşulan aktiv mobil qurğu istifadəçiləri uzun müddətdir populyar “YouTube” videohostinqi vasitəsilə “offline” rejimdə videoya baxmaq və sevimli videoları seyr edən zaman trafikə qənaət etmək arzusundadırlar. “Google” şirkəti minlərlə istifadəçinin istəyini nəzərə alaraq mobil və ya "Wi-Fi” şəbəkəsinə qoşulmadan videonu saxlamağa imkan verən "YouTube Go” əlavəsini təqdim edib. Dehlidə təqdim edilən servisdən yalnız Hindistan sakinləri istifadə edə biləcəklər.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, Hindistan üçün layihələndirilən və nəzərdə tutulan “YouTube Go” qoşulma və şəbəkənin xüsusiyyətləri nəzərə alınmaqla ölkə sakinlərinə videoservisin bütün gözəlliklərini çatdıracaq.

Əlavə videonun ilk fraqmentindən istifadəyə imkan verməklə yüklənən faylın ölçüsünü göstərir və videonun keyfiyyətini seçir. Bundan başqa, videonu “Bluetooth” ilə başqa telefona ötürmək mümkündür. “YouTube Go” videonun yerləşməsini yadda saxladığına görə onu qovluqlarda axtarmağa ehtiyac qalmır.

Hazırda “YouTube Go” layihəsi üçün sınaqlarda iştirak edəcək şəxslərin qeydiyyatı aparılır. Əlavənin Hindistanda və dünyanın digər regionlarında nə vaxt istifadəyə veriləcəyi açıqlanmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.