DÜNYA


“YouTube” mobil yayımlara başlayıb

A+ A

Bakı, 8 fevral, AZƏRTAC

“YouTube” şirkəti servisin mobil əlavəsində birbaşa yayım funksiyasını istifadəyə verib. Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

AZƏRTAC “Searchengines” resursuna istinadən xəbər verir ki, yeni funksiyadan əvvəlcə 10 mindən çox abunəçisi olan bütün yayım müəllifləri, gələcəkdə isə servisin digər istifadəçiləri yararlanacaq.

Məlumata görə, birbaşa efirə çıxmaq üçün müəllifin proqramı açaraq qeydetmə düyməsini basması tələb olunur.

Yayımların hamısı sonradan baxılmaq üçün saxlanılacaq. Axtarış vasitəsilə tapılacaq yayım qeydləri, həmçinin tövsiyə olunan video bölməsinə daxil ediləcək.

Video interfeysində proqram tərtibatçıları efiri ictimai və ya xüsusi edə, abunəçiləri onun başlanma vaxtı və çatın qoşulması barədə məlumatlandıra biləcəklər.

Əvvəllər bütün yayımları “Creator Studio” vasitəsilə yalnız təsdiq edilmiş kanal sahibləri apara bilirdilər.

“YouTube” əlavəsində birbaşa yayım funksiyasının istifadəyə veriləcəyi barədə ilk dəfə 2016-cı ilin iyununda məlum olub.

Bu ilin yanvarında “YouTube” müəlliflərə yayımlar vasitəsilə qazanc əldə etməyə imkan verən “Superçat” funksiyasını işə salıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.