DÜNYA


“YouTube” videoredaktorunun fəaliyyəti dayandırılacaq

Bakı, 25 iyul, AZƏRTAC

“YouTube” servisində sentyabrın 20-dən etibarən videoredaktor bölməsi və slayd şouların yaradılması üçün funksiyanın fəaliyyəti dayandırılacaq. Buna səbəb kimi onlardan istifadənin az olması göstərilir.

AZƏRTAC xəbər verir ki, məlumata görə, tamamlanmamış layihələrin itməməsi üçün “YouTube” onları qeyd olunan dəyişikliklər qüvvəyə minməmişdən əvvəl çap etməyi tövsiyə edir. Dəyişikliklər yüklənilmiş videoçarxlara şamil edilməyəcək.

Videomenecerdə videoların redaktəsi və onlara effektlərin əlavə olunması davam edəcək.

Yeni videoda çarx materialından istifadə üçün onu 720p piksel təsvir ölçüsündə “Google” arxivçisindən və ya “YouTube” saytından yükləmək mümkündür.

Dəyişikliklər barədə ətraflı məlumatı servisin sorğu mərkəzindən əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.