DÜNYA


“YouTube”un mobil versiyasında videonun sürətini dəyişdirmək mümkün olacaq

Bakı, 7 avqust, AZƏRTAC

“YouTube”un mobil proqramına videonun sürətini dəyişdirmək imkanı əlavə edilib.

AZƏRTAC therunet.com saytına istinadən bildirir ki, bu seçim masaüstü versiyada 2 il əvvəl reallaşdırılıb. Sözügedən funksiya video çarxın sürətini dəyişdirməyə imkan verir. Bu imkan öyrədici çarxlar, reseptlərə baxış zamanı xüsusilə əlverişlidir.

“Google” şirkəti bu funksiyanı “Android” üçün mobil proqrama əlavə edib. Lazımi sürəti seçmək üçün ekranın yuxarı sağ küncündəki üç nöqtənin üzərinə sıxmaq lazımdır. Hələ ki, sözügedən funksiya hər kəs üçün əlçatan deyil, amma bəzi istifadəçilər artıq qeyd ediblər ki, bu vərəqdə yalnız videonun keyfiyyəti deyil, həm də sürətini seçmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.