MƏDƏNİYYƏT


“Yuğ” Teatrı yeni mövsümə hazırlaşır

A+ A

Bakı, 6 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı yeni mövsümün açılışına hazırlaşır.

“Yuğ”dan AZƏRTAC-a bildirilib ki, teatr sentyabrın 20-də baş rejissor Gümrah Ömərin quruluşunda hazırlanan “Naməlum Axundzadə” tamaşası ilə teatrsevərləri salamlayacaq. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı, Əməkdar Rəssam Rəşid Şerif, musiqi tərtibatçısı isə Ramiq Mehdidir. Tamaşada rolları Əməkdar artistlər Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Vidadi Həsənov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, aktyorlar Zümrüd Qasımova və Hikmət Rəhimov ifa edir.

Həmçinin, teatrda sentyabr ayında “Rindü-şeyda”, “Medeya. Sekvensiya 001”, “Kafkadan salam”, “Məhşər günü”, “Naməlum Axundzadə” tamaşaları nümayiş olunacaq.

“Yuğ” teatrı cari mövsümdə L.Borxesin “Ölümsüzlük”, S.Moemin “Kilsə xidmətçisi”, Q.Makresin “Nəhəng qanadlı ahıl senyor”, O.Pamukun “Mənim adım qırmızı”, M. fon Maenbuqrun “Eybəcər”, K.Abdullanın “Bir, iki, bizimki...”, Elçinin “Cəhənnəm sakinləri”, Qan Turalının “Polkovnikin 3 günü” əsərlərinə də müraciət etməyi planlaşdırır. Həmçinin mövsüm ərzində bir neçə tamaşanın yenidən səhnələşdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.