MƏDƏNİYYƏT


“Yuğ” Teatrında “Kafkadan salam” nümayiş olunacaq

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Dövlət “Yuğ” Teatrında yazıçı-dramaturq Frans Kafkanın əsərləri əsasında hazırlanmış “Kafkadan salam” adlı tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluşunda təqdim edilir.

Tamaşada əsas rolları aktyorlar Vidadi Həsənov, Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, Qasım Nağı və Hikmət Rəhimov canlandıracaq.

Səhnə əsərində Kafkanın “Hökm” novellasından və məktublarından istifadə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.