MƏDƏNİYYƏT


“Yuğ” Teatrında “Kafkadan salam” tamaşası nümayiş olunub

A+ A

Bakı, 24 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrında yazıçı Frans Kafkanın əsərləri əsasında hazırlanmış “Kafkadan salam” adlı tamaşa nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Vaqif İbrahimoğlunun quruluşunda təqdim edilib. Tamaşada əsas rolları aktyorlar Vidadi Həsənov, Fərhad İsrafilov, Məmmədsəfa Qasımov, Sonaxanım Mikayılova, Gülzar Qurbanova, Yaqut Paşazadə, Qasım Nağı və Hikmət Rəhimov ifa ediblər.

F.Kafkanın “Hökm” novellası və məktubları əsasında hazırlanmış tamaşada insan psixologiyası və mənəviyyatının ruh ilə əlaqələndirilməsindən bəhs olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.