MƏDƏNİYYƏT
“Yuğ” Teatrının direktoru beynəlxalq tədbirə dəvət alıb
Bakı, 24 may, AZƏRTAC
Azərbaycan Dövlət “Yuğ” Teatrının direktoru Tərlan Rəsulov Ukraynanın paytaxtı Kiyevdə Avropa Birliyinin Şərqi Avropa ölkələrinin mədəniyyət üzrə əməkdaşlıq proqramı çərçivəsində keçiriləcək “Creativ Europe” proqramında iştirak etmək üçün dəvət alıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, mayın 25-26-da gerçəkləşəcək layihə çərçivəsində Kiyevdə seminarlar, ustad dərsləri və müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Bu tədbirlərə məsləhətçi kimi dəvət olunan T.Rəsulov Ukraynadan təqdim edilmiş layihələrin seçilməsində və formalaşdırılmasında iştirak edib.
Layihə çərçivəsində “Yuğ” teatrı ilə Ukrayna teatrları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaranmasına yönəlmiş bir sıra görüşlərinin keçirilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]