MƏDƏNİYYƏT


“Yuğ” Teatrının kollektivindən yeni tamaşa

Bakı, 2 iyun, AZƏRTAC

İyunun 4-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşasını – “Metamorfoza” adlı səhnə əsərini təqdim edəcək. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunacaq tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.