MƏDƏNİYYƏT


“Yuğ” Teatrının kollektivinin yeni tamaşası maraqla qarşılanıb

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –“Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

AZƏRTAC xəbər verir ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunan tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış ediblər.

Premyerası A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşan səhnə əsərinin xronometrajı 75 dəqiqə olub.

Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdə “özlərini kənardan görməyi” oynamağa başlayaraq, nəticədə anbaan zamandan qopurlar. Qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

Səhnə əsərinin məramı belədir: Sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

Teatrsevərlər tərəfindən diqqətlə izlənilən səhnə əsəri maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.