MƏDƏNİYYƏT


“Yuğ” Teatrının rejissoru Dərbənd Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlayıb

Bakı, 18 dekabr, AZƏRTAC

“Yuğ” Teatrının rejissoru Mir Sahib Ağazadə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlayıb.

“Yuğ” Teatrının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib. Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub.  Janrı birhissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur.

“Danabaşlar” tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının “Oxumaq işıqdır, oxumamaq zülmətdir” fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün qaldırılması ilə ifadə olunur.

Tamaşanın premyerası Dərbənd Ləzgi Teatrının binasında keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.