MƏDƏNİYYƏT


“Yuğ” Teatrının yeni tamaşası maraqla qarşılanıb

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı heyəti yeni tamaşa –“Metamorfoza” adlı səhnə əsərini təqdim edib. Tamaşa yazıçı S.Haqverdiyevanın əsəri əsasında hazırlanıb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, rejissor Günay Səttarın quruluşunda təqdim olunan tamaşada aktyorlar Oqtay Mehdiyev, Zümrüd Qasımov və Elgün Həmidov çıxış ediblər. Premyerası A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində reallaşan səhnə əsərinin xronometrajı 75 dəqiqədir. Tamaşada üç naməlum şəxs düşdükləri şəraitdən qurtulmaq üçün özlərindən uzaqlaşırlar.

Səhnə əsərinin məramı belədir: Sonrakı peşmançılıq olsa belə, gerçək həyatda səhvlərin cəzası qaçılmazdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.