MƏDƏNİYYƏT


“Yuğ” teatrı “Səsini unutma” tamaşası ilə mövsümə yekun vurub

Bakı, 17 iyul, AZƏRTAC

Azərbaycan Dövlət “Yuğ” Teatrı mövsümə “Səsini unutma” tamaşası ilə yekun vurub.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa sənət ocağının repertuarında yeni əsərlərdəndir. Rejissor Gümrah Ömərin quruluşunda təqdim olunan səhnə əsərinin quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımovdur. Rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa ediblər. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində nümayiş edilən səhnə əsərinin xronometrajı 70 dəqiqə olub.

Tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin Elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.