MƏDƏNİYYƏT


“Yuğ”da növbəti premyera

Bakı, 7 iyun, AZƏRTAC

İyunun 8-də Azərbaycan Dövlət “Yuğ” Teatrının yaradıcı kollektivi yeni tamaşanı - “Səsini unutma” adlı səhnə əsərini təqdim edəcək.

Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı Kamal Abdullanın “Bir, iki bizimki” pyesi əsasında hazırlanan tamaşa rejissor Gümrah Ömərin quruluşunda təqdim ediləcək. Quruluşçu rəssamı Rəşid Şerif, musiqi tərtibatçısı Amid Qasımov olan tamaşada rolları Əməkdar artistlər Məmmədsəfa Qasımov, Amid Qasımov və Ləman Novruzova ifa edəcək.

Xronometrajı 70 dəqiqə olan tamaşanın məğzi belədir: İki dünya arasındakı sahibsiz bir məkana düşmüş qəhrəman vəfat etmiş qadını ilə ünsiyyətə girir. Qəhrəman sadəlövhcəsinə elə vəziyyətlər yaradır ki, sonradan özü onu fani dünyaya bağlayan hər şeydən qaçılmaz şəkildə imtina etməli olur. Əbədiyyətin elçisi – sevimli qadın səbirlə, lakin güzəştsiz olaraq öz opponentinə “kömək” edir, təkəbbür və iltifatla onun hiylələrinə göz yumur.

Qeyd edək ki, tamaşa A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında nümayiş ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.