İQTİSADİYYAT


Yükdaşımalar və logistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlər müzakirə edilib

Bakı, 2 avqust, AZƏRTAC

Bakı Baş Gömrük İdarəsində yükdaşımalar və logistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlər müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müzakirələr Bakı Baş Gömrük İdarəsində yükdaşıma və logistika sahəsində fəaliyyət göstərən iş adamları ilə görüşdə aparılıb. Görüşdə gömrük sistemində yeniliklər barədə məlumat verilib, yükdaşımalar və logistika xidmətləri üzrə gömrük nəzarəti qaydalarına dair məsələlər müzakirə edilib. Bildirilib ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasət bütün sferaların, o cümlədən logistika sektorunun bütün sahələrinin inkişafına təkan verib.

Müzakirə edilən məsələlərdən biri - istehlak mallarının istifadəçilərə çatdırılması mexanizminin, eləcə də gömrük nəzarətinin yüksək səviyyədə təşkili məqsədilə daşımaları həyata keçirən şirkətlər tərəfindən məlumatların vaxtında və əhatəli şəkildə təqdim edilməsi mexanizminin səmərəliliyinin daha da artırılması olub.

Görüş iştirakçıları arasında fikir mübadiləsi zamanı bu məsələlərin davamlı olaraq diqqətdə saxlanılmasının zəruriliyi qeyd edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.