MƏDƏNİYYƏT


Yuko Nobe: IV Bakı Beynəlxalq Teatr Konfransında müasir teatrın aktual problemləri müzakirə edilir

Bakı, 7 noyabr, AZƏRTAC

IV Bakı Beynəlxalq Teatr Konfransında müasir teatrın aktual problemləri müzakirə edilir. Mən konfransın plenar iclasına “Müasir Vyetnam teatrının təyinatı” mövzusunu təqdim etmişəm. Yüksək səviyyədə təşkil edilən bu konfrans dünyanın müxtəlif ölkələrindən teatr mütəxəssislərinin təcrübə mübadiləsi baxımından böyük əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində konfrans iştirakçısı - Tokio İncəsənət Universitetinin Ali Musiqi Məktəbinin əməkdaşı Yuko Nobe deyib. Bildirib ki, konfransın “Multikulturalizm və teatr” adlı builki mövzusu insanların multikulturalizm və tolerantlıq mühitində yaşaması naminə atılan mühüm addımdır.

Bakıya ilk dəfə gəldiyini söyləyən Yuko Nobe şəhərin və insanların ona xoş təsir bağışladığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.