ELM VƏ TƏHSİL


Yüksək Texnologiyalar Parkı Çin-Rusiya İnnovasiya Texnoparkı ilə birgə layihələr həyata keçirəcək

Bakı, 4 avqust, AZƏRTAC 

Bakıda səfərdə olan Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) olub.

AMEA -dan AZƏRTAC-a bildirilib ki, YTP-nin direktoru V.Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın postsovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib. Qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. İnnovasiya fəaliyyətinin həyata keçirilməsi üzrə böyük bazası olan texnopark Çində rezidentlərə birgə uğurlu innovativ inkişaf təklif edir.

Görüş zamanı AMEA YTP ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar. Həmçinin innovasiya və texnologiyalar sahəsində birgə laboratoriyaların, elmi-texniki və innovasiya mərkəzlərinin yaradılması, qarşılıqlı səfərlərin təşkili nəzərdə tutulub.

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi səfər çərçivəsində Bakıda bir sıra görüşlər keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.