Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Yüksək Texnologiyalar Parkı – elm və istehsalatın qovuşduğu məkan VİDEO

AMEA tarixində yeni bir səhifə

Bakı, 21 fevral, AZƏRTAC

Dünya praktikası göstərir ki, intellektual fəaliyyətin məhsulu yüksək texnoloji hasilat bazarında ən tələb olunan əmtəədir. Xaricdə akademiya institutlarının bir çoxu, eləcə də Rusiya Elmlər Akademiyasının Sibir bölməsi bu məqsədlə məxsusi yaradılmış infrastruktur çərçivəsində (innovasiya-texnoloji mərkəzlər, biznes-inkubatorlar, texnologiyaların transferi və s.) şəxsi ideyaların və elmi işlərin kommersiyası hesabına öz büdcəsinin təqribən 50 faizini təmin edir.

Artıq Azərbaycanda da oxşar infrastruktur qurulur. Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli Sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) yaradılıb. Sərəncam AMEA-nın tarixində yeni bir səhifə açıb. YTP innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan əraziyə çevrilir.

Bunun üçün, ilk növbədə, elmi pula çevirməyi öyrənməliyik, əsasən tətbiqi xarakterli tədqiqatlarımızın bir hissəsini bazar iqtisadiyyatı şəraitlərinə uyğunlaşdırmalıyıq. Elə indidən Azərbaycan elminin mütərəqqi inkişafı kontekstində növbəti illər ərzində elmi tədqiqatların dövlət büdcəsindən maliyyələşməsinin azalacağı barədə nikbin proqnoz vermək mümkündür. Əslində YTP-də bu işlərə başlanılıb.

Parkda istehsal prosesi bütün vergi və gömrük ödənişlərindən azad olunub

AMEA-nın Təcrübə-Sənaye Zavodunun ərazisində yaradılan YTP-də müxtəlif mühərrik, kompressor və hidravlik yağlar, plastik sürtkü materialları kimi təqribən 60 adda innovativ məhsul istehsal olunur. Burada istehsal prosesinin keyfiyyət, ətraf mühit, peşə təhlükəsizliyi və əməyin mühafizəsi üzrə idarəetmə sistemlərinin yüksək standartlara cavab verməsini təsdiqləyən ISO sertifikatları alınıb.

Parkın direktoru Vüqar Babayev bizimlə söhbətində bildirdi ki, elm tutumlu istehsalat həmişə riskli hesab olunur. Elmə yatırılan vəsait uzun müddətdə geri qaytarılır. Ona görə də dövlətimizin başçısının Sərəncamı ilə parkda həyata keçirilən hər hansı bir istehsal prosesi bütün vergi və gömrük ödənişlərindən azad olunub. Hazırda təşkilatlanma prosesi gedir, ərazini idarə etmək üçün AMEA YTP MMC yaradılır. Kimin nə yeni ixtirası, ideyası varsa, istər AMEA-nın yeni bir ixtirası olsun, istərsə də akademiyadan kənardan da yeni ideyalar burada qəbul edilir. İlk növbədə, ayrı-ayrı şəxslər və şirkətlər tərəfindən biznes plan təqdim olunur. Növbəti mərhələdə bu, texnoparkın ekspertiza şurasına təqdim olunur. Şuraya alimlər, mühəndislər, istehsalat adamları və özəl sektorun nümayəndələri daxildirlər. Şuranın rəyi əsasında şirkətə yeni texnologiyanın istehsalı üçün rezident şəhadətnaməsi verilir. Sonra ərazidə həmin şirkətə yer ayrılır. Həmin əraziyə xaricdən avadanlıqlar gətirilərsə, gömrük rüsumundan azad edilir. Sahibkar məhsul istehsal etdiyi zaman isə torpaq, əmlak, mənfəət, əlavə dəyər vergisindən azad olur. Təcrübə-Sənaye Zavodu AMEA-nın olsa da, həmin rezident şəhadətnaməsini almaq üçün müraciət etməlidir. Zavoda aid olan bu ərazinin tabeçiliyi YTP-yə verilib. Vergi və gömrük azadolma imtiyazlarını əldə etmək üçün zavod özü də o prosedurlardan keçməlidir.

Elm bazarla üz-üzə, yaxud intellektual məhsul satmalıyıq

“Büdcə asılılığını azaltmaq lazımdır. Akademiya artıq gəlir əldə etməyə çalışmalıdır. Bu, birinci vəzifədir. İkinci vəzifə odur ki, ümumi daxili məhsulun formalaşmasında, inkişafında töhfəmizi verməliyik, yəni rəqabətədavamlı məhsul istehsal etməliyik. Məhsulun dəyəri o vaxt artır ki, orada elmi yenilik, ixtira var, yəni digər analoqu olan məhsullardan keyfiyyətcə, hansısa funksionallıqda üstündür. Ola bilər ki, bir alim uzun illərdir hansısa problemin üzərində çalışır. Sonradan məlum olur ki, onun çalışdığı bu elmi tədqiqat işi heç bazara lazım deyil. Ona görə də alimlərə elə bir elmi tematik plan verilməlidir ki, bu, istehsalatda, iqtisadiyyatda öz tətbiqini tapa bilsin. Sovetlərin vaxtında planlı iqtisadiyyat şəraitində yaşayırdıq, indi isə bazar iqtisadiyyatıdır. O vaxt elmin sifarişçisi dövlət idi. Tapşırırdı ki, bu beşillikdə mənə neft-kimya sənayesi sahəsində yeni ixtiralar lazımdır. Hazırda isə planlı iqtisadiyyat bitdi, artıq dövlət sifarişi yoxdur. Elm bazarla üz-üzə qalıb. Prezident İlham Əliyev tərəfindən 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Fərman imzalandı. Sənəddə bildirilir ki, artıq resursa əsaslandırılmış iqtisadiyyatdan, yəni neftdən asılı olan iqtisadiyyatdan bilik iqtisadiyyatına keçirik. Artıq resurs satmaqdan uzaqlaşmaq lazımdır. İntellektual məhsul satmalıyıq”, - deyə V.Babayev əlavə edib.

Təcrübə-Sənaye Zavodu xarici bazarlara məhsul çıxarmaq barədə düşünür

Təcrübə-Sənaye Zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental Bazası əsasında yaradılıb və ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. Zavodun əsas fəaliyyət istiqaməti elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda, neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir. Zavodda 2014-cü ildə 8-9 adda məhsul istehsal olunurdusa, hazırda bu rəqəm 60-a çatıb. Zavodun direktoru Vasif Abbasov nikbinliklə danışır: “Bu gün cəsarətlə deyə bilərik ki, AMEA-nın Təcrübə-Sənaye Zavodunun hazırda istehsal etdiyi məhsullar xaricdən idxal olunan məhsullardan keyfiyyətcə qat-qat üstündür. Onu da deyə bilərəm ki, respublikamızın yağlardan asılılığını minimum 70-80 faizini hazırda təmin edə bilərik. Bu da o deməkdir ki, xaricdən alınan yağlardan asılılığımızı minimuma endirəcəyik. Bu yaxınlarda içməli su istehsal etməyə başlamışıq. Bir də yuyucu maddələr istehsal edirik. İçməli su “40 Bulaq”, yuyucu maddələr isə “Meh” adı altında satışdadır. Artıq xarici bazarlara məhsul çıxarmaq barədə düşünürük”.

Qeyd edək ki, zavodda elmi-təcrübə işləri ilə yanaşı, müxtəlif mühərrik yağları (M-10Q2, M-14V 2, M-16V 2 və s.), transmissiya yağları (niqrol), KC-19 kompressor yağı, MQ-Az-10A hidravlik yağı (AMQ-10 hidravlik yağının analoqu), iqnol, ox yağı, plastik sürtkü materialları (solidol, litol-24, siatim-201, qrafit yağlayıcı, kanat sürtküsü və s.), superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri (çox funksiyalı poliefiruretan lakı), hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s. neft kimya profilli məhsullar istehsal edilir. Qarşıya məqsəd qoyulub ki, zavod dünya standartlarına cavab verən məhsullar buraxsın. Bunun üçün lazım olan bütün laboratoriya avadanlıqları artıq alınıb.

Dünyada ilk dəfə zavodda texniki bitki yağları əsasında sürtkülər alınıb

Bizi istehsalat sexi ilə tanış edən zavodun baş texnoloqu Adil Ağayev fəxrlə deyir ki, burada istehsal edilən məhsullar MDB məkanında istehsal olunan məhsullarla tam rəqabət apara bilir və bəzi hallarda onları üstələyir. Hətta elə məhsullar var ki, onları zavod özü icad edib. Əsas diqqət isə innovasiya xarakterli təzə məhsulların sınağına yönəldilib.

AMEA-nın Təcrübə-Sənaye Zavodu Qafqaz regionunda birinci olaraq sürtkülərin istehsalını təşkil edə bilib. Məhz bu sürtkülər Avropa standartlarına tam cavab verir. MDB məkanında bu işi görən bir-iki zavod var. Baş texnoloqun sözlərinə görə, dünyada ilk dəfə texniki bitki yağları əsasında zavodda sürtkülər alınıb. Özü də keyfiyyət göstəriciləri çox yüksəkdir, hətta Avropa standartlarından da üstündür. Ən başlıcası, ekoloji cəhətdən zərərsizdir, iqtisadi cəhətdən isə sərfəlidir.

“Meh” məhsulları alimlərimizin resepti əsasında hazırlanır

“Meh” adı ilə buraxılan yuyucu vasitələr öz reseptimizlə istehsal olunub. Meyvələrin ekstraktları əsasında hazırlanan bu məhsullara respublikamızda tələbat var, sifariş əsasən mağazalardan gəlir. “Meh” yuyucu vasitələri 20-25 komponentdən ibarətdir. Yalnız məhsulların bir-iki komponenti xaricdən gətirilir. Bunu kimyaçı alim, zavodun yuyucu vasitələr istehsalına rəhbərlik edən Səttar Hüseynov deyir. O bildirir ki, dünya sənayesində buraxılan yuyucu vasitələrin tərkibinin 80-85 faizini neft məhsulları təşkil edirsə, “Meh” məhsullarında qətiyyən neft məhsulu yoxdur. Yeni texnologiya əsasında alınan məhsullarımız keyfiyyətdə dünyanın istənilən yuyucu vasitələri ilə rəqabət apara bilər. Hazırda məhsulların xarici bazara çıxarılması ilə bağlı işlər görülür. 

Bütün məhsullar laboratoriyada yoxlanılır

AMEA Təcrübə-Sənaye Zavodunun “Zavod Elmi-Tədqiqat Sınaq Laboratoriyası” 2014-ci ildə əsaslı şəkildə təmir olunub və zavodda istehsal edilən məhsulun keyfiyyətinə nəzarət, istehsal olunan məhsula vaxtında texniki sənədlərə müvafiq pasportların verilməsi, texniki sənədlərə uyğun olaraq xammalların və yarımfabrikatların keyfiyyətinə analiz və nəzarəti həyata keçirir. Bununla yanaşı laboratoriyada elmi-tədqiqat işləri də aparılır. Belə ki, yeni məhsulların istehsalına başlamamışdan qabaq sənaye-sınaq partiyalarının alınması üçün laboratoriya pilot qurğusunda nümunələr alınır, resept dəqiqləşdirilir və texnoloji reqlament tərtib olunur. Daha sonra məhsulun istehsalına başlanılır. Laboratoriyanın işçi heyəti 9 nəfərdən ibarətdir. Laboratoriyaya gənc alim Səxavət Rüstəmov rəhbərlik edir. Onun sözlərinə görə, laboratoriya Almaniya, İsveçrə, Yaponiya, İngiltərə və digər ölkələrin müasir cihazları ilə təchiz olunub. Zavodda istehsal olunan bütün məhsulların keyfiyyətinə laboratoriya cavabdehlik daşıyır. İstehsal olunan hər bir məhsul laboratoriyaya gətirilir və burada onun bütün keyfiyyət göstəriciləri təyin olunduqdan sonra həmin məhsul üçün pasport hazırlanır.

Bir sözlə, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yaradılmış YTP-də elmin istehsala tətbiqinin şahidi olduq. Artıq bu park elm və istehsalat adamlarının bir araya gəldiyi məkana çevrilməkdədir. Ölkəmizdə bu kimi müəssisələrin sayının artırılması, fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi yüksəkkeyfiyyətli  yerli məhsulların xarici bazarlara çıxarılması və rəqabətədavamlı ixrac potensialımızın gücləndirilməsi baxımından müsbət nəticələr verə bilər.

Elçin Kamal, Maqsud Dadaşov

AZƏRTAC-ın müxbirləri

Yüksək Texnologiyalar Parkı – elm və istehsalatın qovuşduğu məkan VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir