İQTİSADİYYAT


Yüksək Texnologiyalar Parkında yeni rezident şirkət fəaliyyətə başlayır

A+ A

Bakı, 28 dekabr, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həyata keçirdiyi işlər və apardığı islahatlar nəticəsində Yüksək Texnologiyalar Parkında daha bir yeni rezident şirkət fəaliyyətə başlayır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan şirkəti olan “CRM GROUP” MMC hazırda ölkəyə idxal olunan məhsulların yerli əvəzedicilərinin hazırlanması istiqamətində öz biznes fəaliyyətini qurmağı planlaşdırır. İnformasiya texnologiyaları, proqram həllər və müxtəlif avadanlıqların quraşdırılması, elmi tədqiqat və təcrübə-sınaq işlərinin aparılması, onların nəticələrinin sənayeyə tətbiq edilməsi üçün rezident şirkət tərəfindən bir sıra işlərin görülməsi nəzərdə tutulub.

“CRM GROUP” MMC şirkətinin məqsədi Azərbaycan və regional informasiya texnologiyaları bazarının tələblərinə əsasən, yeni texnoloji avadanlıqların istehsalı, qonşu ölkələrə ixrac olunması, həmçinin informasiya texnologiyaları innovasiyalarının “Made in Azerbaijan” brendi altında dünya bazarlarında tanıtımı və yerli innovativ məhsulların araşdırılıb inkişaf etdirilməsidir.

Şirkətin təqdim etdiyi “CRM IT INNOVATION PRODUCTS” layihəsinin Pirallahı adasında, Yüksək Texnologiyalar Parkının ərazisində həyata keçirilməsi üçün 2,5 hektar sahənin ayrılması nəzərdə tutulub. Bu ərazidə laboratoriyaların, anbarın, ofis və yardımçı sahələrin qurulması planlaşdırılır.

Yüksək Texnologiyalar Parkının sayca ikinci rezidenti olacaq bu şirkətin 2020-ci ilədək Azərbaycanda lazer printer tonerlərinin aparıcı distribüteri olması, həmçinin informasiya texnologiyaları proqram həlləri və xidmətləri üzrə aparıcı şirkətə çevrilməsi hədəf seçilib.

Qeyd edək ki, Yüksək Texnologiyalar Parkı yerli informasiya texnologiyaları şirkətləri ilə yanaşı, innovativ startap layihələrə daimi olaraq dəstək verir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.