ELM VƏ TƏHSİL


Yüksək bal toplayan altı abituriyent Bakı Ali Neft Məktəbini seçib

Bakı, 3 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələri açıqlanıb. Abituriyentlərdən 7-si birinci qrup üzrə ən yüksək bal toplayıb. Yüksək bal toplayan abituriyentlər əsasən Bakı Ali Neft Məktəbini (BANM) seçiblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, 700 bal toplayan 6 gənc - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Qabil Əliyev, Bakı şəhəri 220 saylı məktəbinin məzunu Xalidə Əliyeva, İsmayıllı rayonu Lahıc qəsəbə tam orta məktəbinin məzunu Vahab Cəbrayılov, Bakı şəhəri 162 saylı məktəbinin məzunu Mahirə Əsədzadə, akademik Zərifə Əliyeva adına Liseyin məzunu Elmir Əhmədov, Gəncədəki “İstək” liseyinin məzunu Abdulla Əsgərzadə ixtisas seçimi zamanı BANM-i seçiblər.

Abituriyentlər bunu BANM-in tələbələrə geniş imkanlar yaratması və yaxşı təhsil verməsi ilə izah ediblər. Bildiriblər ki, BANM tələbələr üçün böyük şanslar verir və yüksəkixtisaslı mütəxəssislər hazırlayır.

Qeyd edək ki, bu ali məktəb tələbələr üçün yaratdığı şərait və geniş karyera imkanları ilə seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.