CƏMİYYƏT


Yüksək nailiyyətlər qazanan ümumtəhsil məktəblərinin məzunları medallara layiq görülüblər

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medallarla təltif olunması ilə bağlı əmr imzalayıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, 129 XI sinif məzunu qızıl, 29 XI sinif məzunu isə gümüş medalla təltif olunub.

Qızıl və gümüş medallara layiq görülmüş məzunların adları bitirdikləri məktəblərin “Şərəf kitabı”na yazılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.