CƏMİYYƏT


Yüksək nəticə ilə BDU-ya qəbul olunanlar elmi fəaliyyətə cəlb ediləcəklər

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Son illər Bakı Dövlət Universitetində (BDU) elm və təhsilin inteqrasiyası, elmi potensialın gəncləşdirilməsi, gənc nəslin hələ tələbəlik illərindən elmi fəaliyyətə cəlb edilməsi məqsədilə bir sıra islahatlar və intensiv işlər aparılır.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, bu işlərin davamı kimi, bu il ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq universitetə qəbul olunmuş, elmi işə xüsusi maraq göstərən 312 nəfər birinci kurs tələbəsi elmi fəaliyyətə cəlb ediləcək. Onların hər birinə müəllim və elmi işçilər sırasından elmi rəhbərlər təyin olunacaqlar.

Elmi rəhbərlər tələbələrlə söhbət əsnasında onları müvafiq kafedralarda aparılan elmi-tədqiqat işlərinin istiqamətləri və metodları ilə tanış etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.