CƏMİYYƏT
Yüksək səviyyədə xolesterin irsi ola bilər VİDEO
Bakı, 1 iyul (AZƏRTAC). ABŞ alimləri müəyyən etmişlər ki, xolesterinin səviyyəsinin yüksək olması irsi problemdir.
AZƏRTAC xəbər verir ki, artıq çəkiyə meyillilik yeni səviyyəyə keçir və getdikcə daha qorxulu miqyas almaqdadır. Uşağın qanında xolesterinin səviyyəsinin yüksək olması ürək-damar sisteminin qocalmasını sürətləndirir. Bu da erkən stenokardiya, infarkt, çox böyük piylənmə riski, xolesterinin damarların divarlarına yığılmasına gətirib çıxarır. Nəticədə ömür qısalır.
Qeyd edək ki, xolesterinin səviyyəsini azaltmaq üçün təkcə dərman terapiyası yetərli deyildir. Qidalanmaya düzgün yanaşmaq, orqanizmi yükləməmək, müalicə edən həkimlə daim məsləhətləşmək lazımdır. Alimlər sağlam olmaq üçün çoxlu təzə meyvə yeməyi, yağlı yeməklərdən uzaq olmağı məsləhət görürlər.