REGİONLAR


Yüksəkixtisaslı həkim heyəti Şərur rayonunda humanitar aksiya keçirir

A+ A

Şərur, 16 yanvar, AZƏRTAC

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadovun rəhbərliyi ilə yüksəkixtisaslı həkim heyəti yanvarın 13-dən başlayaraq Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda humanitar aksiya keçirir.

AZƏRTAC xəbər verir ki, aksiyada klinikanın ginekoloq, kardioloq, endokrinoloq, cərrah, allerqoloq, nevropatoloq və qastroloq həkimləri iştirak edirlər.

Həkimlər Şərur rayonunda müxtəlif xəstəliklərdən əziyyət çəkən pasiyentləri müayinə və müalicə ediblər.

Humanitar aksiya zamanı, ümumilikdə, 300-dən çox pasiyentin müayinə və müalicəsi, ümumi cərrahi, proktoloji, uroloji, burun-qulaq-boğaz olmaqla, 40-a yaxın əməliyyatın həyata keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, aparılan müayinə və müalicə, o cümlədən cərrahi əməliyyatlar pulsuz həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.