Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yuli Qusman: “Bakı da mənim vətənimdir, Moskva da.Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır” VİDEO

Moskva, 1 aprel (AZƏRTAC). Martın 31-də Rusiya televiziyasının Birinci kanalında Vladimir Poznerin həftəlik müəllif proqramının növbəti buraxılışı efirə çıxmışdır. Budəfəki verilişin (http://www.1tv.ru/sprojects/si=5756 ) qonağı əslən Bakıdan olan kinorejissor, Rusiyanın “Nika” ilk milli kino mükafatının təsisçisi Yuli Qusman idi.

Proqramın formatına uyğun olaraq aparıcı siyasətçilərə, ictimai xadimlərə, mədəniyyət, incəsənət, elm, idman xadimlərinə suallar verir. Söhbət həftənin aktual hadisələrinə aid ola da bilər, olmaya da. Proqramın qonaqları həm də məşhur fransız yazıçısı və filosofu Marsel Prustun tərtib etdiyi anketdən bəzi suallara cavab verirlər.

Yuli Qusmanın Vladimir Pozner ilə söhbətindən bəzi parçaları təqdim edirik.

Aparıcının birinci sualı Yuli Solomonoviçin ata adını dəyişmək arzusu olub-olmaması barədə idi: “Sən Bakıda böyüyəndə qondarma beşinci bənd sənin yaşamağına mane olurdumu?”. Proqramın qonağı bu suala belə cavab vermişdir: “Mən elə bir şəhərdə böyümüşəm ki, orada ümumiyyətlə, belə fikir yarana bilməzdi. Mənim atam, professor Solomon Moiseyeviç Qusman Bakıda hörmətli bir insan, Cənubi Qafqazda ən yaxşı həkimlərdən biri olmuşdur. Anam Lola Yuryevna Barsuk professor, ingilis dili müəllimi, prorektor, hörmətli bir qadın idi. Mən Solomonoviç ata adımla həmişə fəxr etmişəm və indi də bundan qürur duyuram. Mənimlə bir sinifdə 19 millətin nümayəndələri oxuyurdu, bu barədə dəfələrlə danışmışam. Onlardan 16-sı barədə indiyə qədər heç nə bilmirəm, yəni kimin hansı millətdən olduğunu bilmirəm. Başa düşürdüm ki, Məmmədov, Kərimov – azərbaycanlı, Vasilyev, Vasin – rus, Sarkisov, Saakyan – ermənidirlər. Amma mənimlə bir sinifdə Valeri Aqarudov oxuyurdu, onun hansı millətdən olduğunu indiyə qədər bilmirəm və bunun heç bir əhəmiyyəti yox idi. Ona görə bu gün mənə deyəndə ki, milli məsələni yalnız söyüşmək və döyüşmək yolu ilə həll etmək olar, mən deyirəm ki, bu düz deyil. Bakıda biz yaşlılara mütləq mənada hörmət, uşaqlara və valideynlərə məhəbbət şəraitində yaşayırdıq. Onların kim olmasının heç bir əhəmiyyəti yox idi. Vadik Vasinin atası Zabitlər Parkında karuseldə bilet satırdı, İqor Sarkisovun atası isə şəhərin baş memarı idi...”.

Vladimir Pozner 1990-cı ilin yanvar ayında Bakıda baş vermiş hadisələri xatırladanda Yuli Qusman belə cavab vermişdi: Xocalıda azərbaycanlıları qırmışlar. Bu məsələ bugünkü söhbət üçün mövzu deyil. Deyə bilərəm ki, mənim Bakıda yaşadığım dövrdə - mən isə ömrümün çox hissəsini orada yaşamışam – Orada heç kəsi asıb kəsmirdilər, bu barədə fikirləşmək də mümkün deyildi. Ermənilər cəmiyyətin hörmətli üzvləri idi, Bakıda onların sayı çox idi.

Elə özümün məktəb həyatımdan misal göstərə bilərəm. Bizim buraxılış siniflərində 63 məzun var idi, onlardan ikisi məktəbi qızıl medalla bitirdi. Mən də medal almağa namizəd idim, Kərimov da, Soskin də. Medal alan isə iki nəfər oldu – Sarkisov və Saakyan, hər ikisi erməni.

Bu hadisələr necə baş verdi və təqsirkar kimdir – bu, olduqca kədərli, ağır və iyrənc əhvalatdır. Burada mən nəinki hakim, hətta şahid qismində də çıxış edə bilmərəm. Sadəcə onu bilirəm ki, mənim uşaqlıq, yeniyetməlik və gənclik illərimin keçdiyi şəhərdə xalqlar dostluğu problemi ümumiyyətlə yox idi. Buna inana da bilərsiniz, inanmaya da, gülə də bilərsiniz. Amma belə idi.

Yalanı xoşlamıram. Amma cəmiyyətdə təcavüz, nifrət, kin-küdurət və paxıllıq baş alıb gedəndə mənim heç xoşuma gəlmir. Burada heç bir yaxşılıq gözləməyə dəyməz. Mən Qafqazı yaxşı tanıyıram. Qafqazlılar çox məğrur, güclü və müstəqil adamlardır. Hansı qafqazlının yanına açıq ürəklə gəlsən, ona əl açsan, heç vaxt səni qovmaz, heç vaxt sənə daş atmaz.

Uzun illər boyu yanaşı yaşamış iki xalqın üzləşdiyi dəhşətli, iyrənc müharibə ilə bağlı hadisələr, qan tökülməsi, iztirablar haqqında sən belə danışanda çox inciyirəm. Mənə elə gəlir ki, kimsə bu problemi həll edə bilmir və daim adamları bir-birinin üstünə qızışdırırlar. Bu, mənim heç xoşuma gəlmir.

Bakıda, liberal deməzdim, lakin çox yumşaq sistem vardı. Məsələn, Prezident Heydər Əlirza oğlu Əliyevin dövründə incəsənətin bütün növləri inkişaf edirdi. Yazıçılara, rəssamlara, bəstəkarlara, Şən və hazır cavablar klubunun üzvlərinə xüsusi diqqət yetirilirdi. O vaxt laxlamaqda olan rejim o qədər də qorxulu deyildi.

“İusus Xristos – superulduz” adlı bir tamaşa hazırlamışdım. 1972-ci ildə “Qaya” ansamblı ilə birlikdə ingilis dilində bir süita tamaşaya qoymuşdum. Bu əsəri Bakıda müəllimim və dostum Mark Yeqoroviç Rozovski ilə birlikdə tamaşaya qoyduq və həmin tamaşanı Moskvaya apardıq. “Rossiya” konsert zalında 10 gün bu tamaşa böyük uğurla göstərildi. Onuncu gün ingilis dilini başa düşən bir adam tamaşaya gəldi və 24 saat ərzində bizi Moskvadan qovdular. Xristian dəyərlərini təbliğ etdiyimə görə məni – bakılı yəhudini qovdular.

İş burasındadır ki, mənim oxuduğum 160 nömrəli məktəb, Tibb İnstitutu, keçmiş Pyotr Montin küçəsi, dənizkənarı bulvar – bütün bunlar təkcə sovet dövrünün xatirələri deyil, mənim şəhərim, mənim vətənim, mənim ölkəmdir. Əcdadlarımın beş nəsli Azərbaycan torpağında dəfn edilmişdir. Heç bir sistem bunların üstündən qələm çəkə bilməz.

Mən Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin üzvü olmuşam. Azərbaycanda komsomol, belə demək mümkündürsə, ictimai iş üçün paj korpusu idi. Mən həmişə ictimai işlə məşğul olmuşam.

İki övlad arasında seçim etmək çətin olduğu kimi, mən də Bakı ilə Moskva arasında seçim edə bilmərəm. Ona görə ki, Bakı da mənim vətənimdir, Moskva da. Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

 

Yuli Qusman: “Bakı da mənim vətənimdir, Moskva da.Hər iki şəhər mənə çox şey verib, mən onları çox sevirəm. Lakin dünyanın harasında daha rahat nəfəs aldığımdan, özümü harada daha sərbəst hiss etdiyimdən danışsaq, bu yer, əlbəttə, Bakıdır” VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb