İQTİSADİYYAT


Yulian Robert Tudoraçe: "Cənub Qaz Dəhlizi" Avropanın maraqlarına uyğun layihədir

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

"Cənub Qaz Dəhlizi" layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 1-də Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz 2017” beynəlxalq konfransında Rumıniyanın energetika nazirinin müavini Yulian Robert Tudoraçe deyib.

Nazir müavini qeyd edib ki, Avropa İttifaqı hazırda təbii qaz idxalından asılı vəziyyətə düşür. Ona görə də mənbələrin və marşrutların şaxələndirilməsi qitə üçün olduqca mühüm əhəmiyyət daşıyır. "Cənub Qaz Dəhlizi" də Avropanın maraqlarına uyğun layihədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.