MƏDƏNİYYƏT


Yuliya Lısenko: “Jara” Beynəlxalq Musiqi Festivalına uzun müddət hazırlaşdıq

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

“Jara” Beynəlxalq Musiqi Festivalına uzun müddət hazırlaşdıq. Bu, çoxdan gözlənilən səfər idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində festivalın aparıcısı (qırmızı xalıda) Yuliya Lısenko deyib. O bildirib ki, Azərbaycan haqqında çox eşidib və buraya gələrək Bakını yaxından görmək, şəhərin görməli və tarixi yerlərindən keçmək arzusunda olub. Y.Lısenko deyib: “Ümid edirik ki, festival gələn il də Bakıda keçiriləcək və biz yenə də görüşəcəyik”. Jurnalistləri Azərbaycan dilində salamlayan rusiyalı qonaq gələn il onlarla bu dildə söhbət edəcəyinə ümidvar olduğunu deyib.

Y.Lısenkonun sözlərinə görə, Bakıda keçirilən “Jara” Beynəlxalq Musiqi Festivalı xalqların, insanların dostluğu festivalıdır. O deyib: “Burada ən yaxşı mahnılar səsləndirilir, hamıda gözəl əhval-ruhiyyə, müsbət emosiya var. Üstəlik səhnə də olduqca gözəl məkanda yerləşir. Bəzən dəniz ön plana keçir. Məsələn, mənim kimi dəniz sahilində yaşamayan insanda həmişə dənizə baxmaq istəyi yaranır. Hava küləkli olsa belə, qoy lap yağış da yağsın, lakin festivalda isti bir əhval-ruhiyyə var. Biz sizə “isti” günlər gətirdik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.