DÜNYA


Yumor hissi olan robot təqdim edilib

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC

“Disney” şirkəti uşaqlarla oynamaq üçün avtonom robot yaradıb.

Alimlər əmindirlər ki, robotun malik olduğu yumor hissi uşaqlara onu daha dərindən başa düşməyə kömək edəcək. Mütəxəssislərin sözlərinə görə, onların yaratdığı qurğu kompüter və insanlar arasında əlaqədə yeni irəliləyişdir.

AZƏRTAC “Recensor” resursuna istinadən xəbər verir ki, “Jimmy” adlanan robot rəqs edir, barabanda ifa edir və uşaqlarla ünsiyyət qura bilir. Lakin məhz yumor hissi onu digər oxşar qurğulardan fərqləndirir. Ötürücü vasitəsilə verilən xüsusi maye ilə işləyən robotun daxili hava və sudan ibarətdir.

Alimlər robotu o qədər insanabənzər düzəldiblər ki, o uşaqları nəvazişlə yanaqlarından sığallaya bilir. İlk prototip idarəetmə pultu ilə işləsə də, gələcək modellərin avtonom olacağı gözlənilir. İxtiranın müəllifi pittsburqlu alim Con P.Uitnidir. Onun sözlərinə görə, yumor hissinin olması sayəsində “Jimmy” insanlarla emosional əlaqə qura biləcək.

“Jimmy” “Disney” şirkətinin təqdim etdiyi ilk robot olmasa da, şirkət nümayəndələri əmindirlər ki, o, ən uğurlu layihələrdən biri olacaq, eləcə də böyüklər və uşaqların diqqətini cəlb etməyə kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.