CƏMİYYƏT


Yumurta arıqlamaq istəyənlər üçün məcburi məhsuldur

Bakı, 31 iyul, AZƏRTAC

Liverpul Universitetinin əməkdaşları tədqiqat apararaq, toyuq yumurtasının pəhriz saxlayan adamlar üçün şəksiz faydasını sübuta yetiriblər.

AZƏRTAC “meddaily.ru” saytına istinadla xəbər verir ki, çəkisini azaltmaq istəyən adamlar gündə azı iki yumurta yeməlidirlər. Halbuki lap bu yaxınlarda həkimlər bildirmişdilər ki, yumurta xolesterinin səviyyəsini artırır. Buna görə də xüsusən pəhriz dövründə yumurta yemək tövsiyə olunmur.

Ancaq 450 ortayaşlı könüllünün iştirakı ilə sonuncu tədqiqat göstərib ki, üçaylıq aşağı kalorili pəhriz zamanı bütün iştirakçılar, orta hesabla, 4,5 kiloqram arıqlayıblar. Könüllüləri iki qrupa ayırıblar. Birinci qrup yumurta yeyib, ikinci qrupun rasionundan yumurta tamamilə çıxarılıb. Bu zaman qanda xolesterinin səviyyəsi təhlil edilib.

Ekspertlər yumurta yeyib-yeməməsindən asılı olmayaraq, bütün könüllülərin qanında xolesterinin səviyyəsinin azaldığını görəndə təəccübləniblər. Odur ki, yumurta gözəl qamət üçün mühüm sayılan zülal mənbəyi olduğuna görə, onu arıqlayan adamlar üçün məcburi məhsul saymaq olar. Yeri gəlmişkən, alimlər təkcə toyuq deyil, həm də bildirçin yumurtalarına diqqət etməyi tövsiyə edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.