İDMAN


Yunan-Roma güləşi üzrə Azərbaycan yığması dünya ikincisi olub

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Tbilisidə yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, ilk iki yarış günündə yunan-Roma güləşçiləri arasında qaliblər müəyyənləşib. Böyük məşqçi Bəhram Mürvətov, məşqçilər İslam Abbasov və Fuad Alıyevin rəhbərliyi altında mübarizə aparan Azərbaycan yığma komandası çempionatı 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub.

Qızıl medalı yığmamıza 46 kiloqram çəkidə mübarizə aparan Fail İsgəndərov qazandırıb. Ülvi Qənizadə (69 kq) və Nəsir Həsənov (76 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Bürünc medalları isə yığmamıza Zaur Əliyev (42 kq) və Zaur Nuriyev (50 kq) qazandırıblar.

Komanda hesabında 63 xal toplayan Azərbaycan yığması dünya çempionatını ikinci sırada tamamlayıb. İran (68 xal) birinci, Türkiyə (63 xal) yığması isə üçüncü pilləni tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.