İDMAN


Yunan-Roma güləşi üzrə yarışların qalibləri mükafatlandırılıblar

Bakı, 1 iyun AZƏRTAC

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhərindəki 136 nömrəli tam orta məktəbdə 14-16 yaşlı idmançılar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, açılış mərasimində 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və Bakı şəhəri 12 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarının nümunəvi çıxışları təşkil olunub.

On çəki dərəcəsi üzrə 120 idmançının qatıldığı yarışlarda birinci yerə “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, ikinci yerə Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, üçüncü yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüblər.

Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.