DÜNYA


Yunanıstan Avropa Komissiyasından 115 milyon avro yardım alıb

A+ A

Afina, 15 sentyabr, AZƏRTAC

Avropa Komissiyası qaçqınların şəraitinin yaxşılaşdırılması məqsədilə Yunanıstana 115 milyon avro dəyərində təcili yardım ayırıb. Bu vəsait qaçqınların məskunlaşdıqları yerlərin təmirinə və yeni yaşayış məntəqələrin inşa edilməsinə xərclənəcək. Bundan əlavə yunan hökuməti qaçqınların təhsil proqramı və Yunanıstana valideynsiz gələn uşaqlara dəstək üçün yardımdan istifadə etməlidir.

Avropa Komissiyasının humanitar məsələləri üzrə üzvü Xristos Stilianides yardımın qış fəslindən əvvəl verilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, ötən il Yunanıstana Yaxın Şərq ölkələrindən 850 min qaçqın gəlib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.