DÜNYA


Yunanıstan beynəlxalq kreditorlarla razılığa gəlib

Bakı, 20 aprel, AZƏRTAC 

Yunanıstan hökuməti beynəlxalq kreditorlarla aparılan danışıqlar zamanı 2020-ci ilədək korporativ vergi dərəcəsinin 3 faiz azaldılaraq 26 faizə endirilməsi barədə razılığa gəlib.

AZƏRTAC Vergiler.az saytına istinadla bildirir ki, korporativ verginin dərəcəsinin azaldılması ilə yanaşı, Yunanıstanda fiziki şəxslərdən gəlir vergisinin tutulması üçün hədd də aşağı salınacaq.

Danışıqlar çərçivəsində aşağı və orta gəlirli vergiödəyiciləri üçün əmlak vergisinin aşağı salınması, eləcə də illik gəliri 8 min 600 avrodan 20 min avroyadək olan şəxslər üçün gəlir vergisi dərəcəsinin 2 faiz azaldılaraq 20 faizə endirilməsi planlaşdırılır.

Beynəlxalq Valyuta Fondunun açıqlamasında qeyd edilib ki, Yunanıstan gəlir vergisi bazasını genişləndirməli, vergidən yayınmaya qarşı mübarizəni gücləndirməli, vergi inzibatçılığını təkmilləşdirməli və borclu vergiödəyicilərini nəzarətdə saxlamalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.