DÜNYA


Yunanıstan hökuməti 2018-ci ildə turizm vergisi tətbiq edəcək

Afina, 17 may, AZƏRTAC

Yunanıstan hökuməti 2018-ci ildən etibarən iyul və avqust aylarında turizm vergisi tətbiq edəcəkdir. Hotelin kateqoriyasından asılı olaraq turist 0.25 avrodan 4 avroya kimi günlük vergi ödəyəcək. Yeni vergi həm müstəqil, həm də təşkilat vasitəsilə səyahət edən turistlərə şamil ediləcək.

Turizm vergisi yunan hökumətinin cari ilin mayında qəbul etdiyi sərt iqtisadi islahatlar çərçivəsində tətbiq olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.