DÜNYA


Yunanıstan hökuməti maliyyə bazarına nəzarəti yumşaldır

Afina, 8 avqust, AZƏRTAC

Yunanıstan hökuməti 2015-ci ilin iyun böhranı ilə əlaqədar maliyyə bazarına tətbiq etdiyi nəzarəti yumşaltmaq istiqamətində qərar verib. Maliyyə naziri Evklid Tsakalotos tərəfindən imzalanan sənəd kapitala nəzarəti azaldır, bank müştərilərinin ayda bankdan çıxara biləcəyi məbləği çoxaldır. Sentyabrın 1-dən etibarən xarici ölkələrdən göndərilən vəsaitin böyük miqdarda çıxarılmasına yol veriləcək. Hökumətin bundan sonra da nəzarəti yumşaltmaq istiqamətində addımlar atacağı gözlənilir

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.